Ermənilərin fəxri Trampa qarşı - Rihanna təhqir etdi

Ermənilərin fəxri Trampa qarşı  - Rihanna təhqir etdi
  30 Yanvar 2017    Oxunub:8307
ABŞ-ın yeni prezidenti Donald Trampa qarşı etirazlara dünya ulduzları da qoşulub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur müğənni Rihanna Trampın müsəlmanların ABŞ-a gəlməsini qadağan edən fərmanına "Tvitter" səhifəsində etirazını bildirib. Müğənni yeni prezidenti təhqir etməkdən belə çəkinməyib.

“Bu, iyrəncdir. Amerikanı gözlərimiz qarşısında dağıdırlar. Bunu etmək üçün əxlaqsız donuz olmalısan”, - Rihanna səhifəsində yazıb.

Trampa müsəlmanlarla bağlı fərmanına görə, qarşı çıxanlar arasında ABŞ-ın erməni əsilli porno ulduzu Kim Kardaşyan da var. "Twitter" mikrobloqunda Amerikadakı qətllərin statistikasını paylaşan Kardaşyan Trampa qarşı olduğunu nümayiş etdirib.

Kardaşranın paylaşdığı rəsmi məlumata əsasən, ABŞ-da müsəlman-immiqrantlar 10 il ərzində cəmi iki nəfəri öldürüblər, qətllərin demək olar ki, hamısı amerikalılar tərəfindən törədilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İraq, İran, Suriya, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarının ölkəyə girişini qadağan edən fərman imzalayıb.

Nyu-York federal məhkəməsi 7 müsəlman ölkənin vətəndaşlarının ABŞ-a girişini qadağan edən Prezident fərmanının icrasını müvəqqəti təxirə salıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti