İsa Qəmbərin müşaviri Milli Şuranı tənqid atəşinə tutdu

İsa Qəmbərin müşaviri Milli Şuranı tənqid atəşinə tutdu
  22 Avqust 2013    Oxunub:1031
Müsavat başqanı İsa Qəmbərin müşaviri Səxavət Soltan facebook səhifəsində Milli Şuranı kəskin tənqid edib.

O,şuranın avqustun 26-da yenidən toplanmasına bu cür münasibət göstərib : `Kimlərsə bu qərarı verməklə vaxtı uzatmağa çalışırlar, kimlərsə "vaxt öldürmək" tapşırığı aliblar. Milli Şuranın ehtiyat namizədinin müəyyən olunması, 1 saatlıq iclasın keçirilməsi üçün 1 həftə vaxta ehtiyac olduğunu düşünürlər. Son olanları üzülərək izləmək zorunda qalmışıq. Neçənci dəfədir ki, uşaq bahanələri ilə xalqı və bizləri aldatmaqla məşğul olurlar.Bunlarla olmayacaq demirəm, bunlar yoxdurlar. Musavat Patiyasının və Milli Şuranın üzvü kimi bütün bunları və son iki sessiyada olan partiya rəhbərlərinin seçkiyə və mübarizəyə münasibətini gördüyüm üçün hesab edirəm ki, Müsavat Partiyasi durmadan öz namizədi ilə seckiyə getməlidir`.

AzVision.az


Teqlər:  





Xəbər lenti