Namaz vaxtı məsciddə terror - 6 ölü, 8 yaralı (Yenilənib)

Namaz vaxtı məsciddə terror - 6 ölü, 8 yaralı (Yenilənib)
  30 Yanvar 2017    Oxunub:7264
Kanadada məsciddə 6 nəfərin ölümü ilə nəticələnən silahlı hücum terror aktıdır.
AzVision.az-ın “Ria Novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu Kvebek vilayətinin baş naziri Filip Kuyar bildirib. Onun sözlərinə görə, terror aktı axşam namazı vaxtı törədilib.

Hadisə baş verərkən məsciddə 40-dək adam olub. Terror aktı nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb. Artıq hüquq-mühafizə orqanları 2 şübhəli şəxsi saxlayıb. Yerli mətbuatın xəbərinə görə, terror aktını 3 terrorçu törədib.

***

Kanadada məsciddə atışma baş verib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kuebek şəhərindəki məscidlərin birində baş verib.

İlkin məlumatlara görə, üç silahlı şəxs dini mərasim zamanı məsciddəki insanlara atəş açıb. Hadisə nəticədə 5 nəfər həyatını itirib.

İnsident zamanı məsciddə təxminən 40 nəfər olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti