İlham Əliyevə dəstək - BƏYANAT

İlham Əliyevə dəstək -   BƏYANAT
  22 Avqust 2013    Oxunub:1085
Sumqayıt şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə Respublikanın Sumqayıt-Abşeron bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, eləcə də fəal dindar və ilahiyyatçılar üçün "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda keçirilən regional konfransının iştirakçıları Prezident İlham Əliyevə dəstək bəyanatı qəbul ediblər.

AzVision.az xəbər verir ki, bəyanatda bildirilir:

`Bu gün xalqımız və dövlətimiz üçün böyük və ciddi əhəmiyyəti olan tarixi hadisə - ölkə Prezidenti Seçkiləri ərəfəsindəyik. Seçkilərdə iştirak etmək hər kəsin vətəndaşlıq borcudur. Lakin bu dindar bir insan üçün həm vətəndaşlıq, həm də mənəvi borc deməkdir. Çünki dindar insan seçkilərdə iştirak etməklə həm vətəndaşlıq, həm də dini borcunu yerinə yetirmiş olur. Bu baxımdan dindarların cəmiyyətin əhəmiyyətli təbəqələrindən biri kimi seçkilərdə daha fəal iştirak etmələri zəruri və təbii haldır. Ölkədəki mövcud vəziyyəti düzgün qiymətləndirən, eləcə də dövlətin din sahəsində apardığı siyasəti və gördüyü böyük quruculuq işlərini təqdir edən şimal bölgəsinin dindarları artıq öz seçimlərini edərək namizədlərini müəyyənləşdiriblər. Bu namizəd Azərbaycanın gələcək inkişafının təminatçısı İlham Heydər oğlu Əliyevdir. Əminik ki, təkcə Sumqayıt-Abşeron bölgəsində deyil, bütün ölkə ərazisində hər bir dindar üzərinə düşən vəzifənin məsuliyyətini nəzərə alaraq, ciddi səylə çalışacaq və cənab Prezidenti dəstəkləməklə Azərbaycanımızın tərəqqisinə öz töhfəsini verəcəkdir`.


Teqlər:





Xəbər lenti