Gürcüstan Rusiya ilə barışır

Gürcüstan Rusiya ilə barışır
  30 Yanvar 2017    Oxunub:2288
“Müəyyən şəraitdə rəsmi Moskva və Tbilisi diplomatik münasibətlərin bərpası məsələsinə qayıda bilər”.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib. Onun sözlərinə görə, Gürcüstan praktik məsələləri üzrə dialoqu davam etdirməyə hazırdır.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Gürcüstanın bu bəyanatına müsbət yanaşıb: “Əgər hörmətli həmkarım Zurab Abaşidze bu cür sözlər işlədibsə, bunu ancaq alqışlamaq olar. Çünki, 2008-ci ildən iki ölkə arasında münasibətlər pozulub. Bizim tərəfimizdən münasibətlərin bərpası üçün əngəl yoxdur. Odur ki, müsbət dəyişikliklər ancaq Gürcüstandan asılıdır”.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze arasında növbəti görüş keçiriləcək. Görüşün fevral ayında keçirilməsi nəzərdə tutulur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti