ABŞ Rusya ilə barışıq şərtini açıqladı

ABŞ Rusya ilə barışıq şərtini açıqladı
  30 Yanvar 2017    Oxunub:2249
"İŞİD terrorçu qruplaşmasına qarşı birgə mübarizə Rusiyaya qarşı sanksiyaların götürülməsinə doğru ilk addımdır"

AzVision.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Şon Spayser deyib.

“Əgər biz İŞİD terrorçu qruplaşmasına qalib gəlmək istəyiriksə, onlarla (Rusiya - red) əməkdaşlıq etməliyik. Hesab edirəm ki, bu ilk addım olacaq”.

Sanksiyalara dair qərarın hələ qəbul olunmadağını deyən diplomat bildirib ki, ABŞ prezidenti Donald Tramp və onun komandası Rusiya hakimiyyəti ilə dialoqu davam etdirəcək: “Tramp danışıqlar aparmağı yaxşı bacarır. Biz ümumi maraqlar fonunda Rusiya və başqa bir ölkə ilə işləməyə hazırıq. Əgər biz onlarla (Rusiya -red) İŞİD-in məhvetmə planının hazırlaması istiqamətində tərəfdaş olacağıqsa, bunu da edəcəyik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti