Ermənistanda prokuror vəkilləri döyüb

Ermənistanda prokuror vəkilləri döyüb
  30 Yanvar 2017    Oxunub:2072
Ermənistanın Armavir vilayətinin ümumi yurisdiksiyalı məhkəməsində vəkillər Qayan Lyudvikyan və Qeorqi Melikyana hücum edən prokuror Koryun Nersisyana qarşı intizam icraatı başlanılıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, dekabrın 13-də cinayət işi üzrə keçirilən iclasda prokuror Koryun Nersisyan vəkilllərə hücum çəkib, onların üzərinə mikrofon atıb. Prokuror vəkilləri iclasdan sonra “söhbət etməyə” çağırıb.

Məlumata görə, məhkəmənin qərarı ilə prokuror cinayət işində iştirakdan kənarlaşdırılıb. Eyni zamanda Ermənistan Baş prokurorluğu tərəfindən faktla bağlı araşdırmlara başlanılıb.

Aqressiv prokuror bütün ermənilərin katolikosu İkinci Qareginin bacısı oğludur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti