Müsavat AXCP-ni lənətlədi

Müsavat AXCP-ni lənətlədi
  22 Avqust 2013    Oxunub:1371
Yeni Müsavat qəzetinin redaktoru Azər Ayxan Azadlıq qəzetinin müxbiri Natiq Ədilova sərt cavab verib. O,` Natiq Adilovun “Yeni Müsavat”a qarşı apardığı şər kampaniyasına cavabım `- başlıqlı yazı da Milli Şuranın uğursuzluğunda Yeni Müsavat qəzetinin də payı var deyən müxbiri kəskin tənqid edib.
Son günlər AXCP rəhbərliyinin tapşırığı ilə bir qrup partiya funksioneri “Yeni Müsavat”a, Rauf Arifoğluna qarşı çirkin kampaniyaya yenidən start verib. Belə AXC funksionerlərindən biri də bizə qarşı öz qərəzi ilə seçilən Natiq Adilovdur. Adam “Yeni Müsavat”ı müxalifəti birləşməyə qoymamaqda suçlayır. Halbuki Yeni Müsavat və Rauf Arifoğlu müxalifətə, Milli şuraya hər türlü dəstək verir. Dəstəklə yanaşı bu düşərgənin, liderlərin səhvlərini, yanlışlarını yazmaqdan, deməkdən də çəkinmir. Neqativlərin üstünü malalayıb, səhvləri gizlədib “hər şey əladır, yaxşıdır” deyib cəmiyyəti aldatmır, tərəfdarları boş-boşuna ümidləndirmir. N.Adilovun öz facebook səhifəsində “Yeni Müsavat” haqda yazdığı şər, nifrin, böhtan dolu statusuna cavab vermişəm. Həmin cavabı öz səhifəmdə də paylaşmağı lazım bildim.


Sənin lider deyib arxasınca düşdüyün adamın Milli Şuranı, müxalifəti haralara gətirib çıxardığını hələ açıqlığı ilə yazmırıq. Gözləyirik ki, bəlkə Allah ona bir azacıq insaf verər, daha böyük biabırçılıqlar etməz, gec də olsa fiaskoya, məğlubiyyətə aparan yoldan dönər. Yoxsa qabaqdangəlmişlik edirsən, Natiq əfəndi? Böyük bir prosesi məhv edib,içinə edib çəkilirsiz kənara olmaya?

2005-də olduğu kimi. Ortada isə söyməyə, bütün günahları üstünə yükləməyə “Yeni Müsavat” var: hər zaman olduğu kimi yenə də müxalifətin bəzi becəriksiz liderləri öz qabiliyyətsizliklərini, bacarıqsızlıqlarını “Yeni Müsavat”a və Rauf Arifoğluna yükləmək istəyirlər. Milli Şuranın bu cür biabırçı sonluğa gəlib çatmasının günahı bizdədimi? Bəlkə Rauf Arifoğlu prosesləri bura gətirib çıxarıb. Axı, ay Natiq, Milli Şuranın başında dayananlardan, qərar verənlərindən biri də sənin liderindir. “Yeni Müsavat”ın işlərin bura gəlib çıxmasında nə suçu, nə günahı var? Ortada böyük bir biabırçılıq var: bilərəkdən, ya bilməyərəkdən Milli Şura adı ilə müxalifətin təxminən 3 ay öncə baş tutan birlik ideyası fiaskoya uğradıldı. Eldar Namazovun, Eldəniz Quliyevin, sənin liderinin və başqalarının yanlış hesablamaları, yersiz iddia və hikkələri müxalifətin işini iflic etdi, proses getmədi, seçkidə İlham Əliyevə ən ciddi rəqib ola biləcək namizədlərin seçkiyə qatılmasına maneçilik törədildi. İndi bu işlərin məsuliyyətini “Yeni Müsavat”ın üstünə atmağa çalışırsız - utanmadan, vicdanınız ağrımadan, bütün normaları aşaraq. Səsiniz ölkəni başına götürüb. Üz-gözünüzü cırır, saçınızı yolur, şivən qoprırsız. Biz sizin şər və şantajınızla üz-üzəyik. Bu cür nə qədər davam edəcək? Davam edəcəkmi? Davam edə biləcəksinizmi? Axı maskanız yerə düşüb, bir arada onu götürün yerdən... Xalq, tərəfdarlar bilir ki, onların son ümid kimi baxdıqları Milli Şura ideyasını beşiyində boğan, onu qətl edən kim və kimlərdir. Bu "əli qanlı" siyasi hoqqabazları məsuliyyətdən yayındırmaq, sıravi müxalifətçilərin qınağından, tarixin töhmətindən qurtarmaq üçün hər gün “Yeni Müsavat”ı və R.Arifoğlunu şərləyirsiz. Bəlkə İbrahimbəyovu ölkəyə gəlməyə qoymayan Rauf bəydi? Bəlkə Eldar Namazova və onun ətrafındakılara tapşırıqları R.Arifoğlu verir? Bəlkə Milli Şurada normal, adekvat və xalqın mənafeyinə uyğun qərarların qəbul olunmasını biz əngəlləyirik? Qarının hüquqları pozulub, qapı örtülüb, sizsə hər gün yazırsız ki, hər şey əladı, hər şey yaxşıdı. Saxtakarlığın, yalançılığın, xalqı, tərəfdarları aldatmağın da bir həddi olar.

Davam edin, cavabınızı alacaqsınız. Amma ən gözəl cavabı sizə xalq və tarix verəcək. Xalq zatən sizə cavabını bu saçmasapan siyasətinizə dəstək verməməklə, sizin yanınızda olmamaqla verir. 2003-də Azərbaycan xalqı sizə öz net mövqeyini bildirdi. Proses hələ də davam edir. Tarix də sizə öz layiqli cavabını verəcək. Xalqın və tarixin lənətini qazanmaq yolunda sizə uğurlar.


Teqlər:  





Xəbər lenti