Ermənistanın sabiq baş bankiri: `Ölkədə vəziyyət ürəkaçan deyil`

Ermənistanın sabiq baş bankiri: `Ölkədə vəziyyət ürəkaçan deyil`
  30 Yanvar 2017    Oxunub:2068
Ermənistana beynəlxalq bazarlara çıxmaq üçün daha böyük banklar lazımdır.
AzVision.az “News.am”- a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın zamanında Mərkəzi Bankın (MB) sədri olmuş Baqrat Asatryan müsahibəsində deyib. Onun sözlərinə görə, 90-cı illərdə ölkənin bank sistemi inkişaf etsə də, hazırda bu sferada durum ürəkaçan deyil: “Bank sistemində geriləmə davam edir. Hətta Gürcüstan bu sahədə irəliyə doğur gedir”.

O, Ermənistan hökümətini büdcəni düzgün xərcləməməkdə ittiham edib: “Hakimiyyət ildən-ilə dövlət aparatına daha çox vəsait xərcləyir. Son 8 il ərzində ölkədə dövlət aparatının xərcləri 260% artdığı halda, təhsil xərcləri cəmi 30% artıb. Halbuki, mövcud olan 18 nazirlikdən yalnız 8-9-nun saxlanılmasına ehtiyac var.

Təəssüf ki, Ermənistan hakimiyyətinin əsas məqsədi istənilən yolla rəhbərlikdə qalmaqdır. Bunu etiraf etmək məcburiyyətindəyəm. Hətta xaricdə maliyyə baxımdan qazancı çox olan həmyerlilərimiz kapitalları ilə risk etmək istəmirlər. Çünki onlar burada siyasətdə və məhkəmələrdə qərarların necə qəbul edildiyini görürlər. Bizim siyasi rəhbərliyimiz bu hadisələr fonunda aprel ayında keçiriləcək parlament seçkilərinə hazırlaşır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti