`Tramp və Putin razılığa gəlib` - Lavrov

`Tramp və Putin razılığa gəlib` - Lavrov
  30 Yanvar 2017    Oxunub:2461
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Trampın ilk telefon danışığını şərh edib.
AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, telefon danışğı iki liderin qarşılıqlı ehtiramını və öz ölkələrinin milli maralarına əsaslanaraq işləməyə hazır olduqlarını nümayiş etdirib:

“Telefon danışığı iki ölkənin maraqlarının üst-üstə düşdüyü sahələri üzə çıxarıb. Onlar ekspertlər səviyyəsində və gələcək görüşləri zamanı qarşılıqlı fəliyyəti davam etdirmək barədə razılığa gəliblər. Nəticələr əldə etmək səyləri var, praktiki iş isə hələ qarşıdadır. Odur ki, telefon danışığı zamanı əldə edilən razilaşmalar üzrə işlərimizi davam etdirəcəyik”.

Nazir əlavə edib ki, Rusiya və ABŞ prezidentlərinin görüşünün vaxtı hələ müəyyənləşdirilməyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti