Nazarbayev yenidən xalqa müraciət edəcək

Nazarbayev yenidən xalqa müraciət edəcək
  30 Yanvar 2017    Oxunub:1570
Qazaxıstan prezidenti Nursultan Nazarbayev növbəti dəfə xalqa müraciət edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Bu gün saat 21.00-da respublika telekanallarının efirində dövlət başçısının xüsusi bəyanatı gözlənilir", — deyə xəbərdə qeyd olunub.

Bəyanatın dəqiq mövzusu bilinmir.

Xatırladaq ki, ötən həftə Qazaxıstan lideri xalqa müraciət edib, dövlət idarəetməsində genişmiqyaslı islahatların başlanılacağını bildirib.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti