Türkiyə İŞİD-in 184 hədəfini məhv edib

Türkiyə İŞİD-in 184 hədəfini məhv edib
  30 Yanvar 2017    Oxunub:1499
Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 20 üzvü zərərsizləşdirilib, 184 hədəfi məhv edilib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat Suriyanın Əl-Bab, Tadif bölgəsində aparılıb.

Nəticədə terrorçular tərəfindən məskunlaşma yeri kimi istifadə olunan 20 bina məhv edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti