Tramp etirazlardan sonra geri addım atdı
Məlum olduğu kimi, Prezident D.Tramp bütün immiqrantların və yeddi müsəlman ölkəsindən, o cümlədən Suriya, Sudan, Somali, İraq, Liviya və Yəməndən gələnlərin ABŞ-a daxil olmasına müvəqqəti qadağa qoyulması haqqında fərman imzalayıb. Qadağa qrin-kart sahiblərinə və ikili vətəndaşlığı olan şəxslərə də şamil edilib.
Fərman ölkədə etiraz dalğası doğurub. Prezident D.Tramp bir çox amerikalılar, hüququ müdafiəçiləri, Demokratlar və Respublikaçılar partiyalarından olan qanunvericilər tərəfindən ciddi tənqid edilib. D.Tramp fərmanı ilə bağlı bəyanatında ona yönələn tənqidlərlə razılaşmayaraq vurğulayıb ki, yalnız yeddi müsəlman ölkəsinə toxunan, 40-dan çox müsəlman ölkəsinə şamil edilməyən bu fərman “müsəlmanlar əleyhinə qadağa deyildir”.
Yanvarın 30-da Ağ Ev bəyanatla çıxış edib ki, qrin-kart ( ABŞ-da daimi yaşamaq icazəsi) sahibləri sərbəst surətdə ölkəyə gələ bilərlər.
AzVision.az