130 arvadı olan kişi xəstəlikdən öldü

130 arvadı olan kişi xəstəlikdən öldü
  31 Yanvar 2017    Oxunub:2843
Nigeriyada ata Masaba adı ilə tanınan və 130 arvadı olan 93 yaşlı keçmiş vaiz vəfat edib.

AzVision.az BBC-yə istinadən xəbər verir ki, Məhəmməd Bello Əbubəkir ötən həftənin şənbə günü öz evində xəstəlikdən dünyasını dəyişib. Xəstəliyin adı açıqlanmayıb.

“Nigerias Daily Trust” qəzetinin verdiyi məlumata görə, 2008-ci ildə məşhurlaşan Əbubəkirin o zaman 85 arvadı var idi. Lakin ölənə kimi bu rəqəm 130-a çatmışdı.

Qəzetin yazdığına görə, onun xanımlarından bəziləri hamilədir. Əbubəkirin 203 uşağı qalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti