Nazirliyin Zabratda yeni binası

Nazirliyin Zabratda yeni binası
  22 Avqust 2013    Oxunub:1620
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində hər biri 50 yerlik Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa etdirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, yetkinlik yaşına çatmayan və risk qrupuna daxil olan uşaqların cəmiyyətə inteqrasiyası, onların sağlamlıq vəziyyətlərinin yaxşılaşdırılması, onlara hüquqi yardımın göstərilməsi, onların həyat səviyyəsinin qorunması məqsədilə tikilən bu yeni sosial obyektlərin cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq yetkinlik yaşına çatmayanları nəzarətsizlik və yiyəsizliyə gətirib çıxarmış səbəblərin aşkar edilərək aradan götürülməsinə, çətin həyat şəraitinə düşmüş uşaqların müvəqqəti yaşayışının təmin olunmasına xidmət edəcək.

Eyni zamanda, həmin uşaqların müvəqqəti yaşayış yerində sosial statusunun bərpası və ailələrinə qayıtmasına yardım olunması, çətin həyat şəraitinin ləğv olunmasında uşaqlara, həmçinin onların valideynlərinə (yaxud qanuni nümayəndələrinə) sosial, psixoloji və digər xidmətlərin göstərilməsi təmin olunacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti