Tramp Baş prokuroru işdən çıxardı

Tramp Baş prokuroru işdən çıxardı
  31 Yanvar 2017    Oxunub:1653
ABŞ prezidenti Donald Tramp Baş prokuror və Ədliyyə nazirinin səlahiyyətlərini icra edən Salli Yeytsi tutduğu postdan kənarlaşdırıb.
AzVision.az xəbər verir ki, buna nazirin ABŞ prezidenti Donald Trampın miqrasiya ilə bağlı əmrinə qarşı çıxması səbəb olub.

Qeyd olunub ki, S.Yeyts Barak Obamanın dövründən bu vəzifədə olub.

Hazırda Ədliyyə nazirliyinə müvəqqəti olaraq Virciniya ştatının prokuroru Dana Boente rəhbərlik edəcək.

Eyni zamanda Vaşinqton ştatının baş prokuroru Bob Ferqüson prezident Donald Trampın qaçqınların qəbulunun dayandırılması və müsəlman ölkələrinin vətəndaşlarının ölkəyə girişinə qadağan olunmasına dair fərmanları ilə bağlı iddia qaldıracaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti