Amerikalı həmsədr Qarabağ çağırışı etdi

Amerikalı həmsədr Qarabağ çağırışı etdi
  31 Yanvar 2017    Oxunub:2154
"Ötən il dekabrın sonunda baş vermiş toqquşma və faciəvi insan itkiləri bir daha Qarabağ məsələsi üzrə danışıqların vacibliyini göstərir".
AzVision.az xəbər verir ki, bunu “news.am” saytına açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

“ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq biz tərəfləri atəşkəsə ciddi riayət etməyə, Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırırıq. Problemin həlli istiqamətində aparılan işin davam etdirilməsi regiona davamlı sülh gətirə bilər”, - deyə həmsədr vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti