Yeni həmsədr İrəvanda erməni jurnalistləri pərt etdi: `Qarabağı tanımırıq`

Yeni həmsədr İrəvanda erməni jurnalistləri pərt etdi: `Qarabağı tanımırıq`
  31 Yanvar 2017    Oxunub:4075
Erməni jurnalistlər İrəvana səfərdə olan ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Riçard Hoqlanda təxribat xarakterli sual ünvanlayıb.

AzVision.az “news.am”-a istinadən xəbər verir ki, ermən jurnalistlər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini demokratik institutları və seçki mexanizmi olan “müstəqil dövlət” kimi təqdim ediblər.

Hoqlandın isə cavabında bildirib: “Birləşmiş Ştatlar Dağlıq Qarabağı tanımır. Onu, Ermənistan da daxil olmaqla heç bir ölkə de-fakto tanımır”.

Amerikalı həmsədr bildirib ki, ATƏT-in Minsk qrupu atəşkəs rejiminə əməl etmə, Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmaların tam şəkildə həyata keçirilməsi daxil olmaqla bir sıra vacib məsələlərin müzakirəsi məqsədilə tezliklə prezidentlər və xarici işlər nazirləri arasında görüşün təşkil olunması üzrə işləri davam etdirir.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti