`Rusiya ilə siyasi dialoq aparılmalıyıq` - NATO-nun baş katibi

`Rusiya ilə siyasi dialoq aparılmalıyıq` - NATO-nun baş katibi
  31 Yanvar 2017    Oxunub:1499
NATO-ya həm güclü müdafiə, həm də Rusiya ilə siyasi dialoq lazımdır.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, alyansa üzv ölkələrin müdafiə nazirləri 2017-ci ilin fevral ayında Qara dəniz regionunda hərbi iştirakın gücləndirilməsi üzrə tədbirlər paketini təsdiq edəcək: “Tədbirlər quruda, dənizdə və hava məkanında NATO-nun regional mövqelərinin möhkəmlənməsinə aid olacaq”.

Yens Stoltenberq əlavə edib ki, NATO və Rusiya terrorizmlə mübarizədə qarşılıqlı fəaliyyət göstərə bilərlər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti