İran Trampa sərt cavab verdi - Amerikalılara viza qadağası

İran Trampa sərt cavab verdi - Amerikalılara viza qadağası
  31 Yanvar 2017    Oxunub:1983
Rəsmi Tehran prezident Donald Trampn miqrasiya qadağasına sərt cavab verib. İran adekvat olaraq amerikalılara viza verilişini dayandıracaq.
AzVision.az xəbər verir ki, bu barədə fransız həmkarı Jan-mark Eyro ilə birgə keçirdiyi mətbuata konfransında İranın xarici işləri naziri Məhəmməd Cavad Zərif bildirib.

Onun sözlərinə görə, burada müəyyən istisnalar da ola bilər: “Əgər istisnalar olsa, onda bu İran XİN-i tərəfindən nəzərdən keçiriləcək, bundan sonra qərar veriləcək”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın İraq, İran, Suriya, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarının ölkəyə girişini qadağan edən fərmanı imzalayıb.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti