Türkiyədə 18 ayda 10 min terrorçu öldürülüb

Türkiyədə 18 ayda 10 min terrorçu öldürülüb
  31 Yanvar 2017    Oxunub:1277
Türkiyə hərbçilərinin və hüquq-mühafizə orqanlarının 557 gündə keçirdikləri anti-terror əməliyyatları nəticəsində 10 minə yaxın terrorçu zərərsizləşdirilib.
AzVision.az “Haber7”yə istinadən xəbər verir ki, yaraqlıların ölkədə törətdiyi terror aktlarında 1166 nəfər həlak olub. Onlardan 343 mülki şəxs, 823 nəfər isə güc strukturlarının işçiləridir.

Qeyd olunub ki, PKK terrorçu qruplaşmasına qarşı keçirilən əməliyyatlarda 6 mindən artıq silah, 15 mindən çox bomba, 146 ton partlayıcı maddə aşkar edilərək müsadirə olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti