TQDK ixtisas seçiminin vaxtını uzatdı

TQDK ixtisas seçiminin vaxtını uzatdı
  22 Avqust 2013    Oxunub:985
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə ixtisas seçiminin vaxtını uzadıb.

Bu barədə AzVision.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. İxtisas seçimi 23 avqust saat 11:00-dək aparılacaq.

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə ixtisas seçimi bu gün saat 00.00-da bitməli idi.

AzVision.az

Teqlər:







Xəbər lenti