Ermənistanda seçkidən öncə `məmur ovu` başlayır

Ermənistanda seçkidən öncə `məmur ovu` başlayır
  01 Fevral 2017    Oxunub:2359
Yaxın vaxtlarda Ermənistan hökumətinin tərkibində növbəti kadr dəyişikliklərinin olacağı gözlənilir.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın "Jovohurd" qəzeti məlumat yayıb.

Nəşr Ermənistanın baş naziri Karen Karapetyanın ötən ilin sentyabr ayında nazirləri təyin edən zaman seçdiyi şəxslərin ya silahdaşları olduğunu, ya da həmin vaxt daha yaxşı namizəd tapa bilmədiyini iddia edib.

"Mətbuatda dəfələrlə heç də bütün nazirlərin baş nazirin tempinə tab gətirməməsi və bunun hökumətin iclaslarında aydın görünməsi barədə məlumat yayılıb", - qəzet yazıb.

Qəzet Ermənistan hökumətinə yaxın mənbələrə istinadən xəbər verir ki, baş nazir rəhbərlik etdiyi kabinetdə bəzi dəyişikliklər etməyi planlaşdırır: "Hətta onun özünün təyin etdikləri şəxslərə də güzəşt etməyəcəyi bildirilir. Bu dəyişikliklərin parlament seçkilərinə qədər həyata keçiriləcəyi də istisna deyil".

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti