Məmmədyarov və Nalbandyan Münhendə görüşə bilər

Məmmədyarov və Nalbandyan Münhendə görüşə bilər
  01 Fevral 2017    Oxunub:1736
ATƏT-in Minsk qrupunun həmsədrləri Münhendə keçiriləcək təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazırdır.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

Onun sözlərinə görə, həmsədrlər fevral ayının ortalarında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda məsləhətləşmək barədə razılığa gəliblər: “Əgər nazirlər bu məsələdə maraqlı olsalar, onda biz bir görüşü təşkil etməyə hazırıq”.

Qeyd edək ki, 53-cü illik Münhen Təhlükəsizlik Konfransı 17-19 fevral tarixlərində keçiriləcək.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti