Almaniyada xüsusi əməliyyat keçirilir

Almaniyada xüsusi əməliyyat keçirilir
  01 Fevral 2017    Oxunub:2100
Almaniyanın Hessen Federal əyalətində genişmiqyaslı antiterror əməliyyatı başlanıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, hüquq mühafizə orqanlarının əməkdaşları Frankfurt-Mayn, Offenbax və Visbaden də daxil olmaqla bir sıra şəhərlərin 54 obyektində - məscidlərdə, firmaların ofislərində və şəxsi mənzillərdə axtarışlar aparır.

Hüquq-mühafizə orqanlarının hədəfi 16-46 yaşlarında 15 nəfərdən çox insanın, o cümlədən həbs edilməsi üçün prokurorluq tərəfindən order verilmiş 36 yaşlı Tunis vətəndaşının da daxil olduğu xüsusi təhlükəli silahlı terror dəstəsidir.

Hessen əyalətinin daxili işlər naziri Peter Boytun sözlərinə görə, 1000 nəfərdən çox polis əməkdaşının iştirakı ilə keçirilən xüsusi əməliyyat islamçılara bir növ xəbərdarlıqdır ki, onların hərəkətləri hüquq-mühafizə orqanları tərəfindən ciddi izlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti