Qırıcılar səhvən hərbçiləri bombaladı

Qırıcılar səhvən hərbçiləri bombaladı
  02 Fevral 2017    Oxunub:1548
ABŞ-da təlim zamanı təyyarə hərbçilərə atəş açıb.
AzVision.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, insident Nyu-Meksiko ştatında yerləşən Holloman bazasında qeydə alınıb.

Belə ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-16" təyyarələri təlim zamanı səhvən hərbçilərə bir neçə "hava-yer" sinfli raket atıb. Nəticədə bir hərbçi ölüb, digəri yaralanıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti