Ər arvadının qulaqlarını kəsdi - Foto

Ər arvadının qulaqlarını kəsdi - Foto
  02 Fevral 2017    Oxunub:3019
Əfqanıstanda həyat yoldaşını döyən ər onun hər iki qulağını kəsib.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, hadisə Əfqanıstanın şimalında yerləşən Bəlx əyalətində qeydə alınıb.

Hazırda xəstəxanaya yerləşdirilən Zarina adlı qadının vəziyyəti sabitdir. Onun sözlərinə görə, əri onu günahı olmadığı halda döyüb: "Heç bir günah etməmişəm. Mən bilmirəm, niyə ərim mənimlə belə hərəkət etdi?".

Zarina bildirib ki, əri ona qəfildən hücum edib. 13 yaşında ailə qurduğunu deyən qadın mütəmadi olaraq əri tərəfindən təzyiqlərə məruz qaldığını qeyd edib: " Valideynlərimi görməyə gedəndə məni başqa kişilərlə söhbət etməkdə günahlandırırdı və döyürdü".

Hazırda arvadının qulaqlarını kəsən şəxsi polis axtarır.

AzVision.az


Teqlər:  





Xəbər lenti