ABŞ İrana xəbərdarlıq etdi

ABŞ İrana xəbərdarlıq etdi
  02 Fevral 2017    Oxunub:1738
İran ABŞ və onun müttəfiqlərini təhdid etməyə davam edir.
AzVision.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinn deyib. Onun sözlərinə görə, rəsmi Vaşinqton İranın hərəkətlərini Yaxın Şərq regionunda təhlükəsizlik və sabitliyin pozulmasına cəhd kimi qiymətləndirir: "İranın raket sınaqlarını pisləyirik və rəsmi olaraq xəbərdarlıq edirik".

Qeyd edək ki, İranın müdafiə naziri Hüseyn Dehqan ölkəsinin ballistik raket sınaqlarının keçirilməsini təsdiq edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti