Həbsxanada Trampa qarşı qiyam: 5 nəfər girov götürüldü

Həbsxanada Trampa qarşı qiyam: 5 nəfər girov götürüldü
  02 Fevral 2017    Oxunub:2257
ABŞ-ın Delaver ştatının həbsxanasında prezident Donald Trampın siyasətindən narazı qalan məhbuslar 5 nəzarətçini girov götürüb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, insident Smirna şəhərində baş verib.

Məhbuslardan biri girovları Trampın yeritdiyi siyasətə etiraz olaraq götürdüklərini bəyan edib: “Səbəb Tramp və onun atdığı addımlardır. Əminik ki, onun hakimiyyətə gəlişi ilə həbsxanalarda vəziyyət pisliyə doğru dəyişəcək”.

Qeyd edək ki, həbsxananın ətrafına çox sayda polis qüvvələri cəlb edilib. Yüngül yaralanan girovlardan birinin sərbəst buraxıldığı bildirilir. Digər girovların vəziyyəti barədə hələlik məlumat verilmir. Hazırda polis onların azad edilməsi ilə bağlı danışıqlar aparır.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti