Türkiyə 51 İŞİD-çini zərərsizləşdirib

Türkiyə 51 İŞİD-çini zərərsizləşdirib
  02 Fevral 2017    Oxunub:1247
Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 51 üzvü zərərsizləşdirilib, 224 hədəfi məhv edilib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat Suriyanın Əl-Bab, Tadif, Kabbasin bölgəsində aparılıb.

Nəticədə terrorçular tərəfindən məskunlaşma yeri kimi istifadə olunan 85 bina, 10 partlayıcı yüklü avtomobil məhv edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti