Erkin Qədirlidən Milli Şuraya 7 irad

Erkin Qədirlidən Milli Şuraya 7 irad
  22 Avqust 2013    Oxunub:1294
Milli Şura "Müsavat+AXCP+ReAl" formatında ola bilərdi, amma...
REAL hərəkatının həmtəsisçisi Erkin Qədirli Milli Şura və Rüstəm İbrahimbəyovun prezidentliyə namizdəliyi ilə bağlı facebook profilində yazıb. Onu bu barədə şərhini təqdim edirik:

1. "3-cü müddət" məsələsinin üstünə düşək" dedik, "nəzəriyyəçi kimi danışırsınız" dedilər. Nəticədə heç nəzəri şansı olmayan Rüstəm İbrahimbəyovu dəstəkləməli oldular.

2. "Çevrəni daraldaq, sağlam nüvə quraq" dedik, "geniş koalisiya lazımdır" dedilər. Nəticədə, ən sadə məsələdə 43-42 nisbətində qərar qəbul edəcək hala düşdülər.

3. "İdeoloji təməl quraq, onun üzərində siyasi proqram yaradaq" dedik, "ideoloji mübahisələrin zamanı hələ gəlməyib, rejimi dəyişək, sonra bu məsələyə gələrik" dedilər. Nəticədə, avro-inteqrasiya kimi aydın məsələdə qərar qəbul edə bilmədilər, referenduma saxladılar (bəhanə).

4. "İdeoloji təməl üzərində vahid komanda yaradaq" dedik, "öldürülməmiş ayının dərisini bölmək istəyirsiniz" dedilər. Nəticədə, heç vahid namizədi seçə bilmirlər, nəinki komandanı.

5. "Qırmızı xətləri çizək, yəni, nə edəcəyimizi deyil, nələri etməyəcəyimizi müəyyən edək" dedik, "onda tərəfdar toplaya bilməyəcəyik, dəstək gəlməyəcək" dedilər. Nəticədə, özlərinə ən yaxın çevrələrdən, hətta öz içlərindən təpki almağa başladılar.

6. "İqtidardan incimək - mövqe deyil, incimişləri iqtidar həlledici məqamda tərəfinə çəkə biləcək" dedik, "kompromisə getməsək, bu iş tutmaz" dedilər. Nəticədə, yanlış adamlarla komrpomisə gedildiyi hamıya bəlli oldu.

7. "Sizə sual vermədən qoşulanlardan şübhələnin" dedik, "özünüzü hamıdan ağıllı hesab edirsiniz" dedilər. Nəticədə, bugünlük sualsız birləşib, özlərinin siyasi gələcəyi haqqında böyük bir sual yaratdılar.

AzVision.az



Teqlər:  





Xəbər lenti