Yalançı Ermənistan parlamentinə samuray zərbəsi - Növbəti biabırçılıq

Yalançı Ermənistan parlamentinə samuray zərbəsi - Növbəti biabırçılıq
  02 Fevral 2017    Oxunub:3759
XXI əsrdə, informasiya texnologiyaları dövründə, istənilən məlumatın dəqiqləşdirilməsi üçün saniyələr lazım olduğu müasir zamanda Ermənistan hakimiyyəti növbəti dəfə özünü gülməli vəziyyətə qoyub.

Yalan və dezinformasiya üzərində qurulan Ermənistan Respublikasının təbliğat-təşviqat siyasəti “ağıllı başbilənlərı” sayəsində bu dəfə yalanın dozasının miqdarını qaçırıb. Belə ki, 30-31 yanvar 2017-ci ildə Ermənistan Parlamentinin Sədri Qalust Saakyan Yaponiyaya səfər edib. Azərbaycanlı həmkarı Oqtay Əsədovun 2015-ci ilin aprelində bu ölkəyə rəsmi səfərinin proqramından fərqli olaraq Q.Saakyan Yaponiya İmperatoru və Parlamentin Müşavirlər Palatasının Sədri tərəfindən qəbul edilməyib.

Yaponiya Parlamentinin Nümayəndələr Palatasının Sədri Tadamori Oşima tərəfindən qəbul edilən Q.Saakyan, görüşdən sonra müzakirə olunan məsələləri deyil, xəyal etdiklərini mətbuatda yayıb. Ermənistan rəhbərliyi hətta bir addım da irəli gedərək Ermənistan Parlamentinin rəsmi səhifəsində görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və qondarma erməni soyqırımının müzakirə edildiyi, Tadamori Oşimanın məlum aprel döyüşlərində həlak olmuş erməni əsgərlərinə baş sağlığı verdiyinə dair yalan informasiya yayıb.

Hadisədən xəbər tutan Yaponiya tərəfi sözügedən məsələni təkzib edib və Nümayəndələr Palatası Sədrinin belə bir ifadə işlətmədiyini bildirib. Tragikomik vəziyyətə düşən Ermənistan tərəfi dərhal parlamentin rəsmi səhifəsində adıçəkilən xəbəri silərək, T. Oşimanın aprel döyüşləri zamanı həlak olanlara baş sağlığı verdiyi ifadəsini işlədib.

AzVision.az


Teqlər:  





Xəbər lenti