Avroparlament Gürcüstan üçün viza rejimini ləğv etdi

Avroparlament Gürcüstan üçün viza rejimini ləğv etdi
  02 Fevral 2017    Oxunub:1971
Avropa Parlamenti Avropa İttifaqının (Aİ) Gürcüstan üçün viza rejiminin ləğv olunmasına səs verib.
AzVision.az xəbər verir ki, bu barədə RİA-Novosti məlumat yayıb.

Qeyd olunub ki, səsvermə Avropa Parlamentinin plenar sessiyası çərçivəsində Brüsseldə baş tutub. Yekunda Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi barədə qərar verilib. Qərarın lehinə 553, əleyhinə 66 parlamentar səs verib. 28 nəfər bitərəf qalıb.

Xatırladaq ki, Avroparlamentin Gürcüstanla vizaların ləğvi məsələsi ilə bağlı məruzəçisi Mariya Qabriel Aİ Şurasını bu siyasi qərarı dərhal təsdiqləməyə çağırmışdı.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti