Ərdoğan Merkellə mübahisə etdi - Video

Ərdoğan Merkellə mübahisə etdi - Video
  02 Fevral 2017    Oxunub:6749
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Almaniya kansleri Angela Merkellə mübahisə edib.

AzVision.az xəbər verir ki, birgə keçirilən mətbuat konfransında Merkel İŞİD-dən söz açarkən “islamist terror” ifadəsini işlədib. Türkiyə prezidenti Merkelin bu sözlərinə etiraz edib.

Ərdoğan İslamı terrorla bağlamağın düzgün olmadığını deyib: “İslamist terror ifadəsi biz müsəlmanları ciddi şəkildə narahat edir. Belə bir ifadədən istifadə olunması doğru deyil. İslamla terror bir araya gələ bilməz. İslam sözünün mənası sülhdür. Bu sözdən lütfən istifadə etməyək. İstifadə edilsə, biz buna qarşı çıxacağıq, çünki səssiz qalmaq bunu qəbul etmək olar. Mən bir müsəlman prezident olaraq bunu əsla qəbul edə bilmərəm”.

Səhvini başa düşən Merkel “islamist” sözü ilə “islami” sözü arasında fərq olduğunu yeməklə vəziyyətdən çıxmağa çalışıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti