Astana danışıqların ikinci raundu keçiriləcək

Astana danışıqların ikinci raundu keçiriləcək
  03 Fevral 2017    Oxunub:1536
Türkiyə, Rusiya və İran rəsmiləri Astanada görüşəcəklər.

Qazaxıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Türkiyə, Rusiya və İran rəsmilərinin fevralın 6-da Astanada bir araya gələcək.

Görüşün məqsədi Suriyada atəşkəs rejiminin tətbiq olunması ilə bağlı danışıqların aparılmasıdır.

Qeyd edək ki, yanvarın 23-də Astanada Qazaxıstan, İran, Suriya hakimiyyəti, BMT, ABŞ, Türkiyə, Rusiya və Suriya müxalifətinin nümayəndə heyətlərinin iştirakı ilə Suriya böhranının nizamlanması üzrə toplantı keçirilmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti