Rusiya Ermənistanın sərhədlərində nəzarəti gücləndirir
Bu barədə Ermənistanın adı çəkilən qurumunun mətbuat xidməti bildirib. Görüş zamanı sərhədyanı zona və yaşayış məntəqələrində baytar-epidemioloji vəziyyət və heyvanların yoluxucu xəstəliklərinin Ermənistan ərazisinə keçməsinin qarşısının alınması üzrə addımlar müzakirə olunub.
Tərəflər İranın 9 əyalətində “quş qripi”nin yayılması məsələsinə toxunublar və bu ölkədən Ermənistana quş ətinin idxalına qadağa qoyulmasına dair qərar qəbul ediblər. Həmçinin, İran və Türkiyədən kənd təsərrüfatı heyvanlarının respublika ərazisinə keçirilməsinə nəzarətin gücləndirilməsinə dair razılığa gəliblər.
Qeyd edək ki, Ermənistanın Türkiyə və İranla sərhədinin qorunması Rusiya sərhəd qoşunları tərəfindən həyata keçirilir. (Apa)
AzVision.az