Tramp bu açıqlaması ilə rusları məyus etdi

Tramp bu açıqlaması ilə rusları məyus etdi
  03 Fevral 2017    Oxunub:2420
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların yumşaldılmadığını bəyan edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın sanksiyalarla bağlı qərar qəbul edəcəyi deyilsə də, Ağ ev rəhbəri bunların həqiqəyə uyğun olmadığını bildirib.

Tramp "Mən heç nəyi yumşaltmamışam"-deyə Rusiya ilə bağlı jurnalistlərin sualına cavab verib.

Bu gün Rusiya KİV-lərində yayılan məlumatlarda qeyd olunub ki, ABŞ-ın Maliyyə Nazirliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinə qarşı sanksiyaları yüngülləşdirib.

Bildirilib ki, Maliyyə Nazirliyinin saytında yayılmış məlumata əsasən, indi Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən təqdim olunan məhsulları "almaq, istifadə etmək, icazə, lisenziya, sertifikat üçün ödəniş etməyə" icazə verilir.

AzVision.az


Teqlər:





Xəbər lenti