Prezident baş bankirə tapşırdı: `Heç kimdən qorxma!`

Prezident baş bankirə tapşırdı: `Heç kimdən qorxma!`
  03 Fevral 2017    Oxunub:4816
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib ki, ölkə iqtisadiyyatına xeyir verməyən zəif kommersiya bankları birləşməlidir.
AzVision.az-ın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, hökumətin geniş iclasında çıxış edən prezident bildirib ki, bankların vəziyyəti zəifdir. Onun sözlərinə görə, sestemdə məcmu aktivlərin 80 faizinə sahib olan yalnız 4 bank var.

Qazaxıstan Mərkəzi Bankının sədri Daniyar Akişevə müraciət edən prezident ona bununla bağlı təcili işlər göməyi tapşırıb: “Böhran zamanı bir çox iri şirkətlər birləşmə yolu ilə getdilər. Qoy, onlar (banklar-red) birləşsin və ya onların səhmdarları banklarını saxlamaq istəyirlərsə, kapitallarına vəsait əlavə etsinlər. Bankları saxlamağın başqa yolu yoxdur. Əgər onlar iqtisadiyyata lazım deyillərsə, deməli mövcud olmağa haqqları yoxdur. Elə deyil? O zaman, heç kimdən qorxma və hərəkət elə”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti