47 İŞİD-çi öldürülüb, 135 hədəf dağıdılıb - 164-cü gün

47 İŞİD-çi öldürülüb, 135 hədəf dağıdılıb - 164-cü gün
  03 Fevral 2017    Oxunub:2188
Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 47 üzvü zərərsizləşdirilib, 135 hədəfi məhv edilib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat Suriyanın Əl-Bab, Tadif bölgəsində aparılıb.

Nəticədə terrorçular tərəfindən məskunlaşma yeri kimi istifadə olunan 45 bina, terrorçuların istifadə etdiyi 5 qərargah, 3 partlayıcı yüklü avtomobil məhv edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti