Ərdoğan martda Putinlə görüşəcək - 6 ayda 4 dəfə

Ərdoğan martda Putinlə görüşəcək - 6 ayda 4 dəfə
  03 Fevral 2017    Oxunub:2678
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mart ayında Rusiyaya səfər edəcək.
AzVision.az “İnterfax”-a istinadən xəbər verir ki, bunu Türkiyənin Rusiyadakı səfiri Hüseyin Diriöz bildirib.

“Prezident Rəcəb Tayyib Ərdoğanın mart ayının ilk yarısında Rusiyaya gəlməsi gözlənilir. Səfər zamanı Ərdoğanın son 6 ayda Rusiya prezidenti Vladimir Putinlə dördüncü görüşü keçiriləcək”, - deyə səfir bildirib.

Diplomatın sözlərinə görə, görüş zamanı ölkələr arasında bir sıra sahələrdə əlaqələrin sonrakı inkişafı müzakirə olunacaq.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti