Prezident Balakənə 4 milyon ayırdı

Prezident Balakənə 4 milyon ayırdı
  23 Avqust 2013    Oxunub:1072
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə sərəcam imzalayıb.

Sərəncamda bildirilir ki, Balakən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılması qərar alınır.

Dövlət başçısının digər sərəncamı ilə qırx dörd min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Balakən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılması qərar alınıb.

Maliyyə Nazirliyinə bu sərəncamlarda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti