Abramyanın qohumları da Sarkisyana qarşı çıxdı

Abramyanın qohumları da Sarkisyana qarşı çıxdı
  03 Fevral 2017    Oxunub:2314
Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın hakim Respublikaçılar Partiyasından istefası ilə bağlı verdiyi ərizə qəbul edilib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib. Onun sözlərinə görə, bu barədə qərar partiyanın icra orqanının iclasında qəbul edilib.

Bundan başqa keçmiş baş naziri Ovik Abramyanın qohumları da hakim partiyanın sıralarından çıxmağa başlayıb. Belə ki, Ararat vilayətinin 13 sakini Respublikaçılar Partiyasından istefa verməklə bağlı ərizə yazıb. Ərizə yazanların arasında Ovik Abramyanın qardaşı Henrix Abramyan və Ararat vilayətinin sabiq qubernatoru Rubik Abramyanın olduğu bildirilir.

Eyni zamanda hakim partiyadan çıxmaqla bağlı eks baş nazirin qadın qohumu, millət vəkili Karina Poqosyan da ərizə yazıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti