Maykl Pens Məmmədyarovun iştirak edəcəyi tədbirə gedir

Maykl Pens Məmmədyarovun iştirak edəcəyi tədbirə gedir
  03 Fevral 2017    Oxunub:1920
ABŞ-ın yeni vitse-prezidenti Maykl Pens Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün dəvət alıb.
AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, təşkilatçıların sözlərinə görə, Pens artıq tədbirə qatılmaq barədə qərar qəbul edib.

Münhen Təhlükəsizlik konfransı 17-19 fevral tarixlərində keçiriləcək.

Qeyd edək ki, konfransda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək. XİN rəhbəri Münhendə həmsədrlərlə görüşəcəyini bildirib: “Görüş fevralın 17-19-da olmalıdır. Mən bu görüşə razılıq vermişəm”.

Eldar Tanriverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti