Sabah Bakının iki rayonunda su olmayacaq

Sabah Bakının iki rayonunda su olmayacaq
  23 Avqust 2013    Oxunub:972
Sabah Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli su müəyyən fasilələrlə veriləcək.
Bu barədə AzVision.az-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində yeni çəkilmiş 200 mm diametrli su xəttinin 700 mm diametrli magistral xəttə birləşdirilməsi işləri aparılacaq. Bununla əlaqədar gün ərzində Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli su müəyyən fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

AzVision.az


Teqlər:





Xəbər lenti