`Lapşinin ekstradisiyası yolverilməzdir` – Zaxarova

`Lapşinin ekstradisiyası yolverilməzdir` – Zaxarova
  03 Fevral 2017    Oxunub:2184
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına münasibət bildirib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Zaxarova Rusiya vətəndaşlarının üçüncü ölkəyə ekstradisiyasının yolverilməz olduğunu bildirib:

“Biz israr edirik ki, Rusiya vətəndaşlarının üçüncü ölkələrə verilməsi yolverilməzdir və biz bu məsələdə mövqeyimizin çatdırılması məqsədi ilə Belarusun səlahiyyətli orqanları, xarici işlər nazirliyi ilə intensiv əlaqələr həyata keçiririk”.

Xatırladaq ki, A. Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib.

Belarus Baş Prokurorluğun Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı qərar qəbul edib. A. Lapşinin Rusiya və İsrail vətəndaşlığı var.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti