Rusiya XİN Ermənistan-Azərbaycan Sülh Platformasını dəstəkləyir

Rusiya XİN Ermənistan-Azərbaycan Sülh Platformasını dəstəkləyir
  03 Fevral 2017    Oxunub:2360
Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan Sülh Platformasını dəstəkləyir.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, bu təşəbbüs münaqişənin sülh yolu ilə həllinə yönəlməlidir:

“Biz sülh ideyalarını dəstəkləyən istənilən ictimai təşəbbüsü dəstəkləyirik. Münaqişənin həllinə töhfə verməkdə xalq diplomatiyasının rolunu yüksək qiymətləndiririk. Ancaq ən mühüm missiya münaqişə tərəflərinin ictimai dairələrini qarşılıqlı kompromis yollarının dinc axatışının alternativsizliyi barədə maarifləndirməkdir. Hər bir təşəbbüs ilk növbədə bu məqsədə uyğun olmaldır. Məhz bu məqsədlərə qulluq edən istənilən ictimai təşəbbüsləri alqışlayırıq”,-deyə Zaxarova vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti