`Putin İttifaqı` Belarusa 15 milyard ziyan vurub

`Putin İttifaqı` Belarusa 15 milyard ziyan vurub
  03 Fevral 2017    Oxunub:2513
Belarus Avrasiya İqtisadi Birliyində bərabər olmayan qiymət və şərtlər səbəbindən 15 milyard dollar itirib.
AzVision.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko keçirdiyi mətbuat konfransında deyib: “Onlar bu rəqəmi rəsmi olaraq qəbul ediblər. Və budur, onlar indi bizə beş milyard dollar kredit veriblər. Yaxşı, 15 milyardı qiymətlər vasitəsi ilə bizdən alırlar, daha sonra 5 milyardı, itirdiyimizin 3,1 hissəsini BVF-dən baha faizlə geri qaytarırılar”.

Bununla belə, dövlət başçısı rəsmi Moskva və Minskin bütün mübahisəli məsələlər barədə razılıq əldə edəcəyini vurğulayıb: “Biz gec-tez onsuz da razılığa gələcəyik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti