Lukaşenko Rusiyanın xidmət rəhbərini tutdurmaq istəyir

Lukaşenko Rusiyanın xidmət rəhbərini tutdurmaq istəyir
  03 Fevral 2017    Oxunub:1679
Belarus Daxili İşlər Nazriliyi Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvertə qarşı cinayət işi açacaq.
AzVision.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, buna səbəb Belarus istehsalı olan ərzaq məhsullarının Rusiyaya buraxılmamasıdır.

“Qida məhsulları ilə bağlı əsas olanları deyəcəyəm. Dövlətə dəyən ziyana görə Dankvertə qarşı cinayət işi açmaq lazımdır. Çünki, onlar istehsal etdikləri məhsulların satılmasında maraqlı olduqları üçün belə edirlər”.

Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət Federal Xidmətindən Lukaşenkonun tənqidinə cavab olaraq bildirib ki, Belarusdan məhsul ixracının məhdudlaşdırılması beynəlxalq ticarət qaydaları çərçivəsində həyata keçirilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti