İran ABŞ idmançılarına viza verməyib

İran ABŞ idmançılarına viza verməyib
  03 Fevral 2017    Oxunub:2069
İran ABŞ idmançılarına viza verməkdən imtina edib.
AzVision.az xəbər verir ki, bunu İran xarici siyasət idarəsinin nümayəndəsi Bəhram Qasımi “Frans Press” agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, buna səbəb ABŞ prezidenti Donald Trampın miqrasiya ilə bağlı verdiyi fərmandır: “ABŞ-ın yeni administrasiyasının siyasətini nəzərə alaraq XİN amerikalı idmançıların ölkəyə buraxılmasını rədd etməyə məcbur olub”.

Qeyd edək ki, 16-17 fevral tarixində İranın qərbində peşəkar güləş üzrə Dünya Kuboku keçiriləcək.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti