`Azərbaycan neftindən imtina etməyə hazırıq` - Lukaşenko

`Azərbaycan neftindən imtina etməyə hazırıq` - Lukaşenko
  03 Fevral 2017    Oxunub:23625
Rəsmi Minsk Rusiya Federasiyasından idxal olunan neftdən imtina edə bilər.
AzVision.az “Belta”ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Minskdə keçirilən mətbuat konfransında Lukaşenko bəyan edib ki, əgər tərəzinin o biri gözündə respublikanın müstəqilliyi olsa, onun ölkəsi Rusiya nefti olmadan da keçinə bilər. O, eyni zamanda etiraf edib ki, belaruslara Rusiya nefti olmadan çətin olacaq, lakin ölkənin “boğazından yapışmaq lazım deyil”.

Lukaşenko vurğulayıb ki, ölkəsi müstəqillik üçün hətta İran, Azərbaycan və ABŞ-neftindən imtina etməyə hazırdır.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti